Rövşən Hüseynlinin komandasından vacib səfər qələbəsi
02.04.2023 - 20:51
Rövşən Hüseynlinin komandasından vacib səfər qələbəsi

Futzal millimizin qapıçısı Rövşən Hüseynlinin formasını geyindiyi Qazaxıstanın "Atırau" komandası ölkə çempionatının 1/4 finalında vacib səfər qələbəsi qazanıb.

Apasport.az-ın məlumatına görə, "Atırau" "Rəhmət"in qonağı olub və 4:3 hesabı ilə qələbə qazanıb. Rövşən Hüseynli bu matçda əvvəldən sonadək oynayıb.

Qeyd edək ki, cavab oyunu aprelin 7-də keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0