Rüstəm Orucov erməni idmançını susdurdu
02.10.2023 - 16:49
Rüstəm Orucov erməni idmançını susdurdu

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin 11-ci Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir. 

Apasport.az xəbər verir ki, forumun 1-ci günündə Ermənistanı təmsil edən idmançı təxribat xarakterli çıxış edib. 

Sessiyaların birində səhnəyə çıxan erməni idmançı Arsen Culfalakyan müharibə şəraitində olan ölkəsinin hazırda 125 min qaçqını olduğunu bildirib. Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri Rüstəm Orucov dərhal çıxış edərək tutarlı faktlarla erməni idmançını susdurub: “30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi. Biz heç kimin torpağına göz dikməmişik. Əgər hazırda sizdə qaçqın varsa, bu problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Onlara qarşı heç bir zorakılıq edilmir. Amma 1990-cı illərdə əliyalın soydaşlarımız xüsusi amansızlıqla, işgəncələrə məruz qalaraq qətlə yetirilib, genosidə məruz qalıblar. ”. 

Rüstəm Orucovun tutarlı cavablarından sonra isə erməni idmançı dərhal sakitləşərək fikirlərinə düzəliş edib. O, əslində, idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmaq lazım olduğunu qeyd edib: “Mən demək istəyirəm ki, müharibə şəraitində olan bütün ölkələr Olimpiya Həmrəyliyi tədbirlərində iştirak etməlidirlər. Müharibəni idmana qatmaq olmaz”. 

Qeyd edək ki, Beynəlxalq Atletlər Forumuna bu gün yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0