“Sabah”ın heyətinə qartmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu “Ovyedo”nun müdafiəçisi Oyer Luenqonun xidmətində maraqlıdır.
Mərkəz və sol cinah müdafiəçisi kimi oynamağı bacaran ispanın hazırkı klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. “Sabah” Luenqonu bu yay olmasa da, ən pis halda mövsümün sonunda heyətinə qatmaq üçün cəhd edəcək.
Paytaxt təmsilçisinin seleksiyaçıları bu müddətdə də legioner izləyəcək. “Amorebieta”nin yetirməsi Bilbao “Atletik”ində də oynayıb.
Qeyd edək ki, ispan müdafiəçi 2022-ci ildə “Ovyedo”ya keçib.
- “Maynts” Fələstinlə bağlı paylaşıma görə cəza kəsdi
- Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- Hindistanlı, qırğızıstanlı və mavritaniyalı var, azərbaycanlı yoxdur – futbolmuzun durumu
- Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə
- “Sevilya”nın müdafiəçisi Belçikada