“Sabah” ispaniyalı legionerini komandada saxlayacaq
08.10.2024 - 13:34
“Sabah” legionerini komandada saxlamağa çalışacaq.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Con İrazaballa müqavilə müddətini artırmağı planlaşdırır.
Azərbaycana gəldiyi gündən bu yana komandanın aparıcı üzvünə çevrilmiş ispaniyalı futbolçu ilə daha 1 illik müqavilə imzalanacağı gözlənilir.
27 yaşlı futbolçunun “Sabah”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, 2022-ci il iyun ayında İspaniyanın “Amorobyeta” klubundan ayrılaraq “Sabah”a keçmişdi.
0
0