“Mançester Yunayted” hücumçusundan narazıdır
13.11.2024 - 16:54
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze A Seriyasına qayıda bilər.
Apasport.az “TuttoSport”-a istinadən xəbər verir ki, “Yuventus” yanvarda Zirkzeni transfer etməyə cəhd edə bilər.
23 yaşlı futbolçu komandasının heyətindəki çıxışına görə tənqid olunur – o, “qırmızı şeytanlar”la 17 oyunda cəmi 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Mançester Yunayted” Zirkzeni iyulda 42,5 milyon avroya “Bolonya”dan alıb. Onun komandası ilə müqaviləsi 2029-cu ilə qədərdir.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0