"Sabah" rusiyalı məşqçi ilə anlaşa bilər
12.02.2024 - 17:19
"Sabah" rusiyalı məşqçi ilə anlaşa bilər

Aleksandr Kerjakov “Sabah”ın çalışdırıcısı ola bilər.

Apasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

41 yaşlı mütəxəssis “Sabah”la danışıqlar aparır.

Eyni zamanda onunla Özbəkistanın bir klubu da maraqlanır. Təcrübəli mütəxəssis özü daha əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.

Rusiyalı çalışdırıcının son klubu 2023-cü ilin noyabrında ayrıldığı Serbiya “Spartak”ı olub.

Qeyd edək ki, “Sabah” Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalıb.

writer photo
Əlirza Əlirzalı
0