“Sabah”da əməliyyat
02.06.2022 - 11:46
“Sabah”ın 3 futbolçusu əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müdafiəçi Amin Seydiyev qasıq yırtığı əməliyyatı keçirib. Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan proses uğurlu keçib.
Hücumçu Tiemoko Fofana və müdafiəçi Zurab Oçiqava isə Türkiyənin Ankara şəhərində əməliyyata məruz qalıb. Tiemoko dizindəki çarpaz bağın bərpası, Zurab isə menisk əməliyyatı keçirib. Hər iki əməliyyat uğurla başa çatıb.
Qeyd edək ki, “Sabah” ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub.
0
0