Azərbaycan gənclər millisinin sabiq qapıçısı Nicat Mehbalıyev “Sabah”ı tərk edəcək.
Apasport.az saytının məlumatına görə, Bakı klubunda şans qazanmayan qolkiper oyun praktikasının çox olması üçün komandasını dəyişməyə qərar verib.
Nicat mövsümün sonunda Premyer Liqanın digər klublarından birinə keçə bilər. “Sabah”la müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq 22 yaşlı qapıçı azad agent statusu alacaq.
Paytaxt təmsilçisi onu heyətində saxlamaq istəsə də, Mehbalıyev ehtiyatda qalmaq niyyətində deyil. Onun xidmətində maraqlı olan klublar arasında “Kəpəz” də var. Gəncə təmsilçisi yeni mövsüm qapını məhz Mehbalıyevə tapşırmağı planlaşdırır.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada meydana çıxmayan Nicat ötən çempionat icarə əsasında çıxış etdiyi “Qəbələ”də əsas qapıçı idi.