AFFA-nın İntizam Komitəsi “Sabah”ın məşqçiləri ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, komitə Misli Premyer Liqasının 32-ci turunun “Şamaxı” ilə ev oyununda baş verənləri araşdıraraq belə addım atıb.
Baş məşqçi Murad Musayev ikinci sarı üzündən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. O, Bakı klubunu 800 manat ziyana salıb.
Matç bitdikdən sonra məşqçi Vitali Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Sabiq qapıçı da 1 oyun cəzalanıb və klubu 800 manat ziyana salıb.
Qarşılaşma zamanı meydançaya kənar əşya atıldığına görə “Sabah” daha 1600 manat xərcə düşüb.