“Sabah”ın futbolçusuna CƏZA
10.02.2023 - 15:05
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XXI turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Zirə” – “Qəbələ” matçında 4 oyunçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimələnib. “Sabah” – “Səbail” qarşılaşmasında qırmızı vərəqə alan futbolçuların cəzası eyni olub.
“Səbail”in kapitanı Rahid Əmirquliyev və “Sabah”ın legioneri Con İrasabal 1 oyunluq diskvalifikasiya edilib. Hər iki klub 200 manat cərimə olunub.
0
0