“Sabah”ın müdafiəçisi: “Riodan sonra Azərbaycan qorxulu deyil”
05.10.2022 - 10:56
“Sabah”ın müdafiəçisi: “Riodan sonra Azərbaycan qorxulu deyil”

“Rio-de-Janeyroda daim hara getdiyini, nə etdiyini düşünməlisən”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın futbolçusu Hiqor Qabriel Belarus mətbuatına açıqlamasında deyib.

Yay fasiləsində Minsk “Dinamo”suna 6 aylıq icarəyə verilən braziliyalı mərkəz müdafiəçisi yeni komandasından məmnun danışıb. “Dinamo”nun heyətində müntəzəm çıxış edən 23 yaşlı braziliyalı ölkəsindən sonra Avropada yaşamağın onun üçün problem olmadığını bildirib: “Braziliyada çox şey öyrəndim, anladım ki, hər zaman konsentrasiya olunmalısan. Riodan sonra Azərbaycan və Belarus mənə qorxulu deyil”.

Qeyd edək ki, Hiqor Qabrielin “Sabah”la müqavilə müddəti 2025-ci ilə qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0