“Sabah”la 100-cü oyun
25.12.2023 - 11:34
“Sabah”la 100-cü oyun

Amin Seydiyev “Sabah”ın heyətində 100-cü çempionat oyununu keçirib. 

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XVIII turuna təsadüf edib. 

25 yaşlı müdafiəçi yetirməsi olduğu “Qəbələ” ilə qarşılaşmada yubiley matçına çıxıb. Amin 2020-ci ilin yayından “Sabah”da forma geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.

Qeyd edək ki, Seydiyev “Sabah” forması ilə Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt matçında bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0