“Belaydi Pusi haqda geniş məlumata sahib deyiləm. Sadəcə gənc olduğunu və "Skenderbeu"da oynadığını bilirdim”.
Bunu apasport.az saytına Albaniya millisinin sabiq futbolçusu Sabien Lilay deyib.
Azərbaycanda “Qəbələ”nin şərəfini qorumuş, hazırda vətənində “Dinamo”nun (Tirana) formasını geyinən 34 yaşlı yarımmüdafiəçi həmyerliləri - Belaydi Pusinin “Turan Tovuz”a, Redon Cicanın “Qarabağ”a transferini şərh edib.
O bildirib ki, hər 2 futbolçunun Premyer Liqada uğurlu çıxışına inanır: “Pusi üçün ölkə xaricinə çıxmaq yaxşı addımdır. Ümidvaram ki, onun da Azərbaycandakı karyerası uğurlu alınacaq. Redon Cica barədə isə çox söz demək olar. Çünki o, Albaniya Superliqasının ulduzu idi. Cica çox yaxşı futbolçudur, özünü Albaniyada müsbət tərəfdən göstərə bildi. Son iki ildə çox yaxşı oynadı, çoxlu qollar vurdu, assistlər etdi. Məncə, o, ölkə xaricinə çıxmağa tam hazır idi. "Qarabağ"da oynayaraq Albaniya millisinə də dəvət olunmağa hazır olacaq. Fikrimcə, Cica özünü ən yaxşı şəkildə göstərəcək. Çünki "Tirana"dakı performansı bunu deməyə əsas verir”.
Qeyd edək ki, Lilay 2018/2019 mövsümündə “Qəbələ”də oynayıb.