Sabiq "Fənərbaxça"lı Azərbaycan klubunda - SON DƏQİQƏ
12.07.2022 - 13:11
Sabiq "Fənərbaxça"lı Azərbaycan klubunda - SON DƏQİQƏ

Transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçu ilə güclənib.

Apasport.az saytının məlumatına görə, Masazır təmsilçisi Seneqal millisinin sabiq üzvü Abdoulaye Ba ilə anlaşıb.

Portuqaliya təmsilçisi "Portu"nun yetirməsi olan mərkəz müdafiəçisi zəngin karyeraya sahibdir. O, Portuqaliya, Almaniya, Türkiyə, İspaniya kimi ölkələrdə legioner həyatı yaşayıb.

31 yaşlı təcrübəli oyunçu "Portu", "Fənərbaxça" və "Rayo Vallekano" kimi tanınmış klubların şərəfin qoruyub (sportinfo.az).

writer photo
Əlirza Əlirzalı
0