İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olub.
Apasport.az xəbər verir ki, peşəkar karyeralarını 2023-cü ildə sonlandırmış Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədov, hazırda II Liqada "Şahdağ Qusar"da forma geyinən Rahid Əmirquliyev və yığmada çıxışını başa vurmuş Riçard Almeydaya plaketlə yanaşı, Azərbaycan millisinin forması verilib.
Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fəriq Qayıbov iştirak ediblər.
R. Abışov hazırda ölkə xaricində olduğu üçün mərasimə qatılmayıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlanacaq.