Şahin Diniyev: "İkinci yarı məni çox məyus etdi"
28.10.2023 - 20:36
Şahin Diniyev: "İkinci yarı məni çox məyus etdi"


Azərbaycan Premyer Liqasının 11-ci turunun "Zirə" - "Səbail" görüşündən sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, 2:2 hesabı ilə başa çatan görüşü şərh edib və jurnalistlərin suallarını cavablandırıb.
"Maraqlı oyun oldu. Azarkeşlər çox qol gördülər. Birinci hissə bizim, ikinci hissə "Zirə"nin hissəsi oldu. "Zirə" çox yaxşı təşkilatlanmış komandadır, müdafiədə boşluqlar vermir. İlk yarıda bu boşluqları tapa bildik. Daha bir neçə qol epizodumuz oldu, sadəcə bir az məsuliyyətli yanaşmadıq. İkinci yarıda komanda psixoloji baxımdan oturdu və hesabı saxlamağa çalışdı. Futbol da belə şeyləri sevmir. Bəlkə də, 11 oyunda mənim ən xoşuma gəlməyən ikinci 45 dəqiqə idi. Futbolçularımdan geridə qalmış 10 oyunda niyə xoşum gəlir? Rəqibin kimliyindən asılı olmayaraq üç xal üçün oynayırıq. Futbolçuların gözləri yanır. Amma bu gün ikinci yarıda onu görmədim. Komanda oturdu və bu da mütləq cəzalandırılmalıydıq ki, o da oldu. "Zirə"yə uğurlar arzulayıram, Rəşad Sadqov intizamı komanda qurub. Nə etmək istədiyini bilən komandadır. Bəlkə də, səfərdə liderdən bir xal almaq sevindirici hal ola bilərdi. Amma mən hər dəfə nəticədən çox, oyunun keyfiyyətinə fikir verən məşqçilərdənəm. O sarıdan ikinci yarı məni çox məyus etdi. İrəli baxmalıyıq. Gələcək oyunlara hazırlaşmalıyıq".

- Aleksandr Ramalinqom fərdi oyuna üstünlük verirdi, əlverişli epizodda olan komanda yoldaşına ötürmə vermirdi...
- Razıyam. Paltardəyişmə otağında da onu dedim. Keyfiyyətli hücumçudur, bu gün sanki bir az özünü daha hazırlıqlı hesab edirdi. Çox bacarıqlı hücumçudur. Azərbaycan çempionatında görün nə qədər yaxşı müdafiəçilər var. Bir epizodda sadəlikdən mürəkkəbliyə keçdi. Məncə, gələn oyunlarda belə səhvlər olmayacaq. "Zirə" heç vaxt 11 oyunda iki qol buraxmamışdı. Belə komandaya iki qol vurmaq...İkinci yarı rəqib bizdən daha yaxşı oynadı. Məncə, nəticə oyuna görə oldu.

- Ehtiyat skamyanın kasadlığı sizi narahat etmirki?
- Bu yaralı yerimdir. Ona görə geniş cavab verəcəm. Səbəblər var, açacam. Futbolda uğur qazanmaq üçün 20 faiz ənənədən asılıdır. Bizim klubun isə ənənəsi yoxdur. Heç vaxt maliyyə məsələlərinə qarışmıram. Biz sponsorlardan çox razıyıq. Bir problemimiz yoxdur. Ancaq hərdən deyirlər ki, "Səbail" büdcəsinə görə 2-3-lüyə düşür. Elə deyil. Biz altılığa belə düşmürük, bilmək istəyirsizsə. Əslində, yarada bilərik. İki Ramalinqom, iki Pedro, iki Qomis ala bilərik. Rəhbərliyə desəm, qadağa qoymayıb. Azad büdcədir. Ancaq bu müvəqqəti olacaq. Əgər komanda yaradırsansa, təməlini düz qoymalısan ki, mərhələ-mərhələ gələsən. Ötən mövsümün 9-cu komandası bu gün birinci yer tutsa, inanın, bir ildən sonra həmin komanda olmayacaq. Artıq dağılacaq. Klub yaratmaq istəyirik ki, mərhələli şəkildə irəliləyək. Təməlimiz möhkəm olmalıdır. İki dövrədən düşünəcəyik ki, nəyimiz çatışmır. Düzgün strategiya olmalıdır. Bir dəfə bunu burada dedim, sonra dedilər ki, guya hansısa məşqçi haqda bunu deyirdim. Vallah, mən hansısa məşqçini nəzərdə tutmurdum. Ki, "Səbail" bir il avrokuboklarda oynadı, sonra oynamadı, filan. Yozdular onu başqa yerə. Mənə qədər "Səbail"də görün nə qədər məşqçi işləyib. Söhbət məşqçidən getmir. Klubun strategiyasından danışıram. Ötən mövsümün 9-cu komandası bu mövsüm 6-7-ci olarsa, gələn sezon 3-4-cü yerdə olar. Birdən-birə 9-cu pillədən birinci yerə yüksəlmək...Yanaşmamda klub strategiyası düzgün olmalıdır. İstəsəm, sabah başqa Ramalinqom da alarıq. Amma bilirəm ki, o xeyri verməyəcək. Klub mərhələləri şəkildə irəliləməlidir. Büdcəmiz, pulumuz var deyə, hər şey edə bilmərik ki. Onu da düzgün xərcləmək lazımdır. Bəs bizim uşaqlar? Sağ müdafiəçimiz yoxdur, ağlamıram, bunu qəbul etmişəm, irəliləyəcəm. Fikirləşirəm ki, tutduğumuz yol düzdür. Liderlə heç-heçə oynayırıq, narazıyıq. Komandanın oyunu olmalıdır. Zamanla digər məsələlər də olacaq.

- Qışa qədər "Səbail" çempionatı ikinci-üçüncü bitirsəz, yeni transferlə olacaq?
- Şans olacaqsa, hərəkət edəcəyik.

- Pedro Nunonu niyə əvəzlədiz?
- Pedro topla oynamağı sevən, yaradıc biridir. İkinci hissədə yaradıcılıqda sıfıra düşdük. Bizdə top yox idi. O, qaçmağa başladı və yoruldu. Dəyişdik ki, ortanı bağlayaq. Əfsus ki, topsuz işlədiyi üçün yoruldu.

- Digər klubların məşqçilər gəncdir. Rəqabət hiss edirsiz? Vaxtı ilə rəhbərliyiniz altında oynayıblar.
- Hər birini çox istəyirəm. Böyük hörmətim var, öz işini mükəmməl görür. Azərbaycan çempionatında tarazlıq yaranmasında onların rolu böyükdür. Komandalarımız taktiki sarıdan savadlı oynayır. Məşqçi, oyun və maliyyə bir-birilə bağlıdır.

- Sizdə əminlik var ki, "Səbail"in sponsoru sona qədər sponsorluq müqaviləsinə yerinə yetirəcək?
- Bu ilin mayında "Şamaxı" ilə matçımız var idi. Klubun taleyi nazik ipdən asılı idi, yəni son oyundan. Bu klub yox ola bilərdi. Heç kim sənə qaranti verə bilməz ki, zaman xeyrinə işləyəcək. Yanvarda biləcəklsən ki, sən nəyə qadirsən. Əvvəldən iki Ramalinqom gətirib, ilk turda "Sumqayıt"a 1:4 uduzsaydəm, heç kim məni başa düşməyəcəkdi. Baxışım budur, bəlkə səhvdir. Mələk deyiləm, günahlarım da var. Amma istəyirəm axşam yatanda rahat olum, bilim ki, heç kimin haqqına girməmişəm. Büdcə var, o demək deyil ki, nə istəyirsən, et. Mən "Səbail"də, futbolumuzda özümdən sonra iz buraxmaq istəyirəm.

- Keçən il demişdiz ki, "Səbail" liqada qalacaqa və qaldı. Bu mövsüm nədi istək?
- İstəklə reallıq üst-üstə düşməlidir. Hərdən düşmür. Deyirlər üçdə gedirsən, niyə ikini istəmirsən? Axı reallıqlar var. Demişdim ki, iddialı "Səbail" olacaq, oldu. Hər oyunda qol vururuq. Futbol oynayırıq. Bu gün niyə narazı idim? Dedim arxada oturmayın, qorxaq oynamayın, 0:5, 0:8 uduzun, mən qəbul edəcəm. Qəbələdə pis oynadıq, amma istək var idi. Qol vurduq. Bu gün istədiyimi görmədim, üç xala oynamadıq sanki. Oynayaq, qorxamayaq, futbol oynayaq, camaat gəlir futbola baxmağa. Sən bir saat yerdə uzan qal, o biri hara gəldi vuracaq. Kimə ləzzət verəcək? istəyim yaxşı futboldur.
 

writer photo
Əlirza Əlirzalı
0