Şahin Diniyev: "Qol vəziyyətlərimiz "Neftçi"dən çox idi"
18.05.2024 - 20:42
Şahin Diniyev: "Qol vəziyyətlərimiz "Neftçi"dən çox idi"

"İndi nə desəm, faktlara söykənən bir şey var ki, hesab 0:3 oldu. Bu hesab da "Neftçi"nin tam üstünlüyü deməkdir. Hesab baxımından belədir. Amma oyuna gəldikdə, normal başladıq, 60-70-ci dəqiqəyə qədər başabaş futbol oynamağa çalışdıq. Qol vəziyyətlərimiz “Neftçi”dən daha çox idi. Bir qoldan sonra komanda irəli atıldı. Ondan sonra 0:1 və ya 0:3 arasında fərq yox idi. Peşəkar komanda öz futbolunu sona qədər oynamalıdır. Biz 70-ci dəqiqədən sonra başqa cür oynadıq. “Neftçi”yə uğurlar arzulayıram. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma 3:0-lıq oyun deyildi. “Sabah”a uduzduqdan sonra heç bir iddiamız qalmadığı üçün futbolçuları da oyuna kökləmək çətindir. Mövsüm bizim üçün bitib. Heç bir iddiamız qalmayıb. Daha yaxşı “Səbail” olmaq üçün çalışmaq lazımdır. Builki səhvlərimizi yığışdırıb, yeni sezon yaxşı, iddialı komanda yaratmaq gücündəyik. 

Apasport.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Şahin Diniyev "Neftçi" ilə oyundan sonra səsləndirib. 

- Konkret olaraq  çatışmadı ki,uduzdunuz?

-Keyfiyyət məsələsi. “Neftçi”nin futbolçularının keyfiyyəti bizim futbolçuların keyfiyyətindən daha yaxşı idi. Rəqib futbolçu yaxın küncdən akrobatik vuruş etdi. Amma bizim o qədər epizodumuz oldu, istifadə edə bilmədik. Öz oyunçularımı aşağılamaq istəmirəm, amma fakt odur ki, “Neftçi”nin futbolçularının keyfiyyəti bizimkilərdən daha üstün oldu. Yarım epizoddan qol vurdular.

writer photo
Əlirza Əlirzalı
0