Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında "Səbail" evdə "Kəpəz"i qəbul edib.
Apasport.az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm ki, maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim. Komanda yaxşı oynadı. İlk dəqiqədən sona qədər dinamikanı saxladıq. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. 11 nəfərdən 10-u ilk dəfədir ki, komandadadır. Zamanı tələsdirmək lazımdır. "Kəpəz" də yeni heyətə malikdir. Liqada qalmaq üçün mübarizə apara bilər. Hesab bizi aldatmasın. Onlar vuruşurdu, başabaş mübarizə aparırdı. İrəliyə baxmalıyıq. Bu oyunu unudub gələn oyuna köklənməliyik.
- Dördüncü oyunda qələbə qazandız...
- 2:0-da da çətin idi. Bir qol buraxsaydıq, futbolçular psixoloji düşə bilərdilər. Ardında ikinci qol gələ bilərdi. Amma komandamızın oyunu gedirdi. Üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdik.
- Avrokuboklarda ən çox gözlənilməz hansı oldu, "Zirə", yoxsa "Qarabağ"ın məğlubiyyəti?
- Hər ikisi. İkisi də bizim üçün eyni komandadır. Hesab baxımından..."Qarabağ" oyun göstərdi. Oyuna baxmayan deyərdi ki, darmadağın oldu. Halbuki 3:0 əks tərəfdə olmalıydı. "Qarabağ" müdafiədən oynamadı. Öz futbolunu oynadı. Alqışlanası haldır. Oyun varsa, nəticə olacaq. "Qarabağ"a və "Zirə"yə üzüldüm. "Zirə"nin ilk oyunu ilk dəqiqələrdən olmadı. Oyun baxımından artırıblar. Sadəcə olmadı. Nəsə olmuşdu...Öz səviyyəsindən aşağı çıxış etdi. Baş məşqçi daha yaxşı bilər. Bu hesaba layiq deyildi. "Qarabağ"da osə hesab tərsinə ola bilərdi. Yuxu kimi idi. Ümid çoxdur.
- Qarşıdakı turda “Turan Tovuz”la qarşılaşacaqsız. “Terek”də baş məşqçi işlədiyiniz dönəmdə Kurban Berdıyevin “Rubin” klubuna qarşı rəqib olmasaz da, onu yaxşı tanıyırsız. Sizcə, onu siz məğlub edəcəksiz, yoxsa sabah Qurban Qurbanov?
- Mən "Terek"də işləyəndə,tanışlığımız var idi. Çox səviyyəli məşqçidir. Öz işçilırini 3-4ə qədər saxlaylıb hər şeyi analiz edən biridir. İntizamı sevən biridir. Müdafiədə daha etibarlı, daha riskl etməyi sevən biridir. "Qarabaöğ" kağız üzərində daha güclü görünür. Amma futboldur. Bilmək olmaz hansı heyətlə oynayacaqlar. Maraqlı oyun olacaq. Heç bir komandanın məğlubiyyətini istəmirəm. Mənim azarkeşlike etdiyim "Səbail"dir. Hər ikisinə uğurlar arzulayıram. "Qarabağ"ın hücumda, "Turan Tovuz"un müdafiədə..."Çelsi" "Barselona" ilə oynayırdı. "Çelsi" ÇL-də finalda müdafiədə oynayaraq uddular.
- Boaliyə bir şey olsa, nə edəcəksiz?
- Transferləri qışa qədər bitirmişik. Rotasiyalar edirik. Suleyman Alluşu da oynadırdıq. Samir Abdullayevimiz də var. Çox perspektivli biridir.