Şahmatçımız dünya çempionu oldu
22.10.2022 - 10:53
Şahmatçımız dünya çempionu oldu

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qadınların yarışında son tur ərəfəsində çempion məlum olub. 

Apasport.az saytının məlumatına görə, X turda qızlar arasında yarışan şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb. 

Bu nəticədən sonra Gövhər Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. Gövhər bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın şahmatçı kimi tarixə düşüb. 

Oğlanlar arasında Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində A.Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. Həmyerlimiz lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq. 

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.
 

writer photo
Əlirza Əlirzalı
0