Şahruddin "Qarabağ"a qayıda bilər
15.07.2024 - 15:33
Şahruddin "Qarabağ"a qayıda bilər

Azərbaycan milli komandasının qolkiperi Şahruddin Məhəmmədəliyev yeni sezonla bağlı hələ ki, konkret qərarını verməyib.

Apasport.az saytına verilən məlumata görə, Məhəmmədəliyevin karyerasındakı qeyr-müəyyənlik davam edir. Amma onun xidmətində maraqlı olan komandaların sayı çoxdur. 

Türkiyənin “Eyüpspor” və “Bodrumspor” klubları Şahruddinə rəsmi təklif göndərib. Amma millimizin üzvü hələ ki, onlara konkret cavab verməyib. Sabiq komandası “Qarabağ” da Şahruddini geri qaytarma niyyətindədir.

Hazırda Məhəmmədəliyev “Qarabağ”, Rusiya və Türkiyə klubları ilə danışıq aparır. Qurban Qurbanov onu israrla komandasında görmək istəsə, Şahruddinin bundan imtina etməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, 30 yaşlı qapıçı son mövsümü "Adana Demirspor"da çıxış edib. O, 2016-2023-cü ildə "Qarabağ"ın qapısını qoruyub.

writer photo
Əlirza Əlirzalı
0