"Şamaxı" ölkə çempionunun qolkiperini istəyir - Özəl
03.09.2024 - 17:54
"Şamaxı" ölkə çempionunun qolkiperini istəyir - Özəl

"Şamaxı" "Qarabağ"la danışıqlara başlayıb.

Apasport.az saytına verilən məlumata görə, bu yay Birinci Liqadan Premyer Liqaya qayıdan bölgə təmsilçisi Azərbaycan çempionunun gənc qapıçısı Amin Ramazanovu heyətinə qatmaq istəyir.

Mövsümün əvvəlində yay toplanışı zamanı zədələnərək sıradan çıxan Ramazanov hazırda müalicə olunur. O, sağaldıqdan sonra isə "Şamaxı"ya icarəyə veriləcək.

Tərəflər arasında hazırda danışıqlar davam etdirilir.

Böyük ehtimalla, Ramazanov qışdan sonra "Şamaxı"da icarə əsasında oynayacaq. "Qarabağ" özü də Amini icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, hazırda əsas komandada Mateuş Koxalski, Fabyan Buntiç, Şahruddin Məhəmmədəliyev, Sadiq Məmmədzadə yer alır.

writer photo
Əlirza Əlirzalı
0