“Səbail” daha 1 futbolçu ilə müqavilə imzalayıb
05.06.2024 - 21:15
“Səbail” daha 1 futbolçu ilə müqavilə imzalayıb

“Səbail” daha 1 futbolçu ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, Rüfət Abdullazadə ilə 2 illik razılıq əldə olunub.

23 yaşlı ötən mövsümün yayından “Səbail”də çıxış edir. Rüfət 2023/2024 mövsümündə komandanın heyətində Premyer Liqada 35 oyunda (2015 dəqiqə) 6 qol vurub və 5 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, mövsümü 7-ci pillədə başa vuran "Səbail" heyətdə ciddi dəyişikliklər etməyə qərar verib. Fərid Nəbiyev komandaya transfer olunub, Yusif Nəbiyev, Samir Abdullayev və Hüseynəli Quliyev yeni müqavilə imzalanıb.

writer photo
Əlirza Əlirzalı
0