“Səbail”də daha bir yeni müqavilə
04.06.2024 - 19:02
“Səbail”də daha bir yeni müqavilə

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib. 

Apasport.az xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub. 

Yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində Azərbaycan Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0