Şəhid övladı "Kəpəz"in məşqində iştirak edib
14.03.2024 - 17:54
Şəhid övladı "Kəpəz"in məşqində iştirak edib

Şəhid övladı "Kəpəz" futbol klubunun məşqində iştirak edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Klubun azyaşlı azarkeşlərindən olan Hüseyn Əliyev Məşq Mərkəzində komandanın futbolçu və məşqçi heyəti ilə görüşüb.

2020-ci ildə, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə ermənilər tərəfindən atılan raket zərbələri nəticəsində ata-anası şəhid olan 12 yaşlı Hüseyn məşqdə alqışlarla qarşılanıb. Baş məşqçi Adil Şükürov bu gün sevimli peşələri ilə məşğul olduqları üçün şəhidlərə borclu olduqlarını bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında düşmənə layiqli cavab verdiyini qeyd edib. Şəhid övladlarının xalqa, dövlətə əmanət olduğunu vurğulayıb.

Görüşün sonunda Hüseyn komanda ilə xatirə şəkli çəkdirib.

writer photo
Əlirza Əlirzalı
0