“Məğlub durumdaydıq, amma qələbə qazandıq. Rəqibin yaxşı oyunçuları var”.
Apasport.az saytının İstanbula ezam olunan əməkdaşının məlumatına görə, bunu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında “Neftçi”yə 2:1 hesabı ilə qalib gələn “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş deyib.
Türkiyə klubu ilk görüşdə də 3:1 hesabı ilə qalib gəldiyindən mərhələ adlayıb. Günəşin sözlərinə görə, komandası ikinci hissədə daha yaxşı oynayıb: “Bakıda keçirilən birinci oyunda 75 dəqiqə gözəl çıxış etdik. Rəqibə qol epizodları vermədik, sonradan onlar buna nail oldu. İstanbulda da yaxşı idik, amma epizodları tamamlaya bilmirdik. Əvəzində hesabı “Neftçi” açdı. İkinci hissə isə tamamilə oyuna hakim idik. Daha çox qol vura bilərdik. “Neftçi”yə imkan versən, daha yaxşı oynayır. Onlara uğurlar arzulayıram. Daha da güclü olacaqlarını düşünürəm. Bəzi futbolçularımız istənilən səviyyədə deyillər. “Dinamo”ya qarşı tam fərqli olacaq. Ümidvaram ki, onları da udub mərhələni keçərik. Rəqiblə güc və səviyyə fərqi var idi. Amma “Neftçi” də yaxşı komandadır.
- Bu mövsümkü beşinci rəsmi matçda ilk dəfə hesabda geriyə düşdüz. Amma yekunda oyunu xeyrinizə bitirə bildiz...
- Bunları yaşayacağıq. Komanda olaraq hücum və müdafiəni yaxşı təşkil etməliyik. İrəlidə oynayırdıq, rəqibi meydançasından çıxarmamaq yaxşı idi. Amma daha çox epizod yaratmalıydıq. “Neftçi”də imkan verməməliydik. Asan qol buraxdıq. Dəyişikliklər səviyyə fərqini ortaya qoydu. Muleka daha çətin epizodda qol vurdu. Halbuki, bir neçə dəfə fərqlənə bilmədi. İkinci yarıda daha fərqli oynadı. Sadəcə ikinci hissədə bəzi oyunçular lazımsız asmalar etdi. Bizə 2:1 hesabı bəs etdi.
- Hesab 1:0 olanda “Neftçi” ikinci qolu vursaydı, eyni dəyişikliyi edəcəkdiz?
- Fərqi yoxdur, 3:0 hesabı da olsaydı, yenə də dəyişiklik edəcəkdik. Bəlkə önə keçsəydik, başqa futbolçuları oynadacaqdıq. Əvəzetmələrdən meydana daxil olanlar oyun keyfiyyətini artırmalıdırlar. Bizdə də belə oldu.
- “Neftçi”nin heyətində hansı futbolçu “Beşiktaş”da oynaya bilər?
- Ozobiç yaxşıdır. Amma bu gün gözləntilərimi vermədi. Lebonla Sayef də fərqlənirlər. Emin Mahmudov da həmçinin yaxşıdır. Heyətdə istedadlılar var. Anlaşma və fiziki durum yaxşı olarsa, yaxşı görünəcək. Bizdə bahalı oyunçular var. Azərbaycanda daha çox pullar verilir. Biz də alanda, vəziyyəti biləndə, daha çox pul istəyəcək. Pulsuz gələni komandaya almırıq (gülür).
- “Sabah”, yoxsa “Neftçi” daha yaxşı komanda idi?
- “Sabah”la yoldaşlı matçı keçirdik. “Qarabağ”ı təbrik edirəm. Qurban Qurbanov dostumdur. Üç komanda iddialı idi. Azərbaycanda istedadlılar var. Anlaşma yaxşı olarsa, daha yaxşı olacaq. “Neftçi”nin yatırımı var. “Qarabağ”ı izlədim, bəyənmişdim. “Sabah” da son dönəmlərdə onlara qoşuldu. Bu, milliyə necə təsir edəcək, bilmirəm. Legioner çox olarsa, yığma zəif ola bilər.