Serbiya millisi baş məşqçisi ilə müqavilə yenilədi
24.05.2024 - 15:38
Serbiya millisi baş məşqçisi ilə müqavilə yenilədi

Serbiya millisində baş məşqçi Draqan Stoykoviçlə müqavilə uzadılıb.

Apasport.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

59 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilə kimi artırılıb.

Serbiya yığması Almaniyada keçiriləcək Avro-2024-də mübarizə aparacaq. Komanda C qrupunda Sloveniya, Danimarka və İngiltərə ilə yarışacaq. Turnir iyunun 14-dən iyulun 14-nə kimi davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0