"Neftçi" və "Zenit" klubları arasında keçirilən yoxlama görüşündən sonra mətbuat konransı keçirilib.
Sankt-Peterburq klubunun baş məşqçisi Sergey Semak matçla bağlı fikirlərini bildirib:
"İsti qarşılamağa görə təşəkkür edirəm. "Neftçi" ilə oynamaq xoş idi. Azərbaycana səfər etmək əla idi. "Neftçi" rəhbərliyinə görüşün təşkili ilə bağlı təşəkkür edirəm. Mübariz yoldaşlıq görüşü oldu. Məncə, azarkeşlər də bəyəndi. Biz hamımız razıyıq. Yalnız oyunçumuz zədələndi. Yaxşı oyun praktikası oldu. Gənc oyunçulara özünü göstərmək üçün imkan verildi".
- "Neftçi" Mirzovun qolları ilə qələbə qazandı. Uzun illərdir ki, o Rusiyada oynayıb. Bu taleyin ironiyasıdır ki, "Zenit"ə qolları məhz rusiyalı legioner vurdu?
- İkinci qolu yaxşı vurdu. Gözəl qol münasibəti ilə onu təbrik edirəm. Meydana çıxan gənclərimiz həmin məqamda yaxşı performans göstərmədilər. Onu da nəzərə almaq lazımdır.
- 19 il əvvəl Bakıya futbolçu kimi gəlmişdiniz. "Neftçi"yə qarşı oynamışdız. Vida matçını keçirmiş Ruslan Abışov Rusiyada legioner həyatı yaşayıb. Onu necə xatırlayırsız?
- Vaxt gəlir ki, karyeranı bitirirsən. Ruslan Abışovun qolları və ötürmələri keyfiyyətli və xoş idi, azarkeşlərin xatirəsində qalacaq. Bakıya gəlməyimə gəlincə, bu lap çoxdan olub. Nəsə bu abrədə demək çətindir. Bakıya həmişə böyük məmmuniyyətlə gəlirdim.
- Rusiya klubları UEFA və FİFA bayrağı altında keçirilmiş yarışlardan uzaqlaşdırılıb. Bu, Rusiya futbolunun inkişafına necə təsir edir?
- Çox ciddi təsir göstərmədi. 90 faiz işimiz kubok və ölkə çempionatıdır. Avrokuboklar bonusdur. Orada oynamaq istəyərdik. Kifayət qədər ciddi yarışlardır. Klubların səviyyəsi də yüksəkdir. Vəziyyət hazırda belədir və öz işimizə fokuslanmışıq.
- "Zenit" hazırda yoldaşlıq görüşləri keçirir və rəqiblər avrokuboklarda oynayıb. Bu komandalar arasında necə müqayisə aparardız?
- Yayda biz də səfərdə olduq. Müəyyən çətinliklər var. Milliyə gedənlər oldu. Digər səbəblərə görə də iştirak etməyənlər oldu. Əvəzedici komanda bizə çox kömək edir. Nəticəyə bunun təsiri var. Amma hazırkı vəziyyət belədir.
- "Neftçi" ilə iki dəfə oynamışdız. Rəqibin hansı güclü tərəflərini qeyd edərdiz?
- "Neftçi" yaxşı komandadır. Keçən il mövsümü üçüncü pillədə bitiriblər, hazırda yuxarı pillələr üçün oynayırlar. Onlar Azərbaycan futbolunun ən populyar komandalarındandır. Bizdə də Azərbaycanda da legioner baxımından eyni qaydalar var. Onlara inkişaf kömək edir. Milli komanda da nəticə baxımından irəliləyir. "Neftçi" və "Qarabağ" çox güclü komandalardır, hansı ki, hər il öz səviyyəsini yaxşı mənada göstərir. Bu mənada, "Neftçi" ilə oynamaq, əməkdaşlıq etmək xoşdur. Ümid edirik ki, həm Azərbaycan, həm Rusiya futboluna töhvə verəcək.
- Əvvəllər "Birlik kuboku" var idi və keçmiş sovet ölkələrinin klubları iştirak edir. Rusiya Futbol Federasiyayasına təklif etmək olar ki, müttəfiq ölkələrin təmsilçiləri həmin kubokda iştirak etsin?
- Yaxşı ideyadır. Hər bir klublar hazırlıq dönəmində yaxşı rəqiblər axtarır. Mən bundan yanayam. Yayda keçirilmiş "Matç TV" kuboku da yaxşı səviyyədə keçirildi. Azərbaycan və digər ölkələrin klublarını ölkəmizdə görmək xoşdur.
- Mesut Özil: "Məqsədim azərbaycanlı Arda Gülerlər yetişdirməkdir”
- Əfran İsmayılov avrokuboka yollanır: “Azərbaycanın adı varsa...”
- ABF-nin regionlara səfərləri davam edir
- Çingiz Hüseynzadə: "Sürpriz idman növləri üçün lisenziya şanslarımız davam edir"
- Argentina millisinin sabiq hücumçusu xəstəxanaya yerləşdirilib