Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə qoşulub.
Apaspoort.az saytının məlumatına görə, 71 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 final çərçivəsində Mixal Takacslə (Slovakiya) üz-üzə gəlib.
Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.
O, 1/8 finalda gürcüstanlı Əsgər Madiyevlə döyüşəcək. Görüş iyunun 27-də olacaq.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.