Silva “Turan Tovuz”un yubiley qoluna imza atıb
30.09.2024 - 09:12
“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub.
Apasport.az xəbər verir ki, bu, VIII turun “Şamaxı” ilə matçına təsadüf edib.
2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.
Premyer Liqada 3-cü mövsümünü keçirən “Turan Tovuz” 100-cü qolu 80-ci oyununda vurub. Qərb təmsilçisinin orta məhsuldarlığı 1,25-ə bərabərdir. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.
Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində 100 və daha çox qol vuran 32-ci komandadır.
0
0