Slovakiya – Azərbaycan oyunu EKSPERT GÖZÜNDƏ
20.09.2022 - 13:58
Slovakiya – Azərbaycan oyunu EKSPERT GÖZÜNDƏ

Millətlər Liqasının V turunun Slovakiya – Azərbaycan oyunu proqnozsevərlərin də diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Aıeksandr Moskvin mərc həvəskarlarına öz variantını təklif edib.

Mütəxəssis C liqasının oyununda meydan sahiblərini aşkar favorit görür:

Əlbəttə, Azərbaycan yığmasının Slovakiyadan xal almasını ehtimal etmək olar. Futbolda hər şey mümkündür. Şanssız hesab olunan komandanın 0:0 hesabını qorumaq ehtimalı həmişə qalır.

Azərbaycan yığması da Trnavada məhz buna çalışacaq. Əgər bunu etməsələr belə, hücum futbolu onlara bəhrəsini verməyəcək. Slovaklar qonaqları əks-hücumlarda tutacaq və hər şey bitəcək.

Əgər Canni de Byazini yetirmələri 0:0-a oynasa, meydan sahiblərinin “avtobus”u yarmaq ehtimalı böyükdür. Elə komandaların iyundakı matçında da belə olub.

Rəqiblər iyunda Bakıda görüşmüşdü. Slovakiya bütün qarşılaşma boyu dominantlıq etsə də, yalnız 81-ci dəqiqədəki qolla qalib gəlmişdi – 1:0. Ola bilsin ki, evdə hücumda daha asan olacaq.

Slovakiya son 5 oyundan üçündə qalib gəlibsə, Azərbaycan isə 14 qarşılaşmada 1 dəfə sevinib. Üstəlik, 19 matçda 14 məğlubiyyət alıb.

Söhbət aşkar favoritlə aşkar iddiasızın oyunundan gedir. Əlbəttə ki, Slovakiya hansısa İngiltərə deyil və böyük fora qoymağa dəyməz. Amma səliqəli mərc etmək mümkündür. Azərbaycanın xal alması heç inandırıcı deyil.

Proqnozum: Fora1 (-1)
 

writer photo
Əlirza Əlirzalı
0