Slovakiya – Azərbaycan oyununa PROQNOZ
19.09.2022 - 17:59
Slovakiya – Azərbaycan oyununa PROQNOZ

Millətlər Liqasının Slovakiya – Azərbaycan oyununa proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Roman Troitski sentyabrın 22-dəki görüşə öz variantını hazırlayıb.

Mütəxəssis V turun Trnavadakı görüşündə aşkar favoritini müəyyənləşdirib:

Cümə axşamı təkcə Avropa nəhəngləri deyil, C liqasında çıxış edən ortabablar da meydana çıxacaq. Slovakiya da belələrindəndir. Komanda bir dəstə yuxarı yüksəlmək niyyətindədir. Amma bunun üçün öncə Azərbaycana qalib gəlməlidir.

Slovakiya 2010-cu ildə DÇ-lərdə debüt edib və qrupdan da çıxıb. AVRO-2016-da da eyni şey yaşanıb. Amma ötən yay AVRO-2020 Polşa üzərində qələbə ilə başlasa da, İsveç və İspaniyaya məğlubiyyət 1/8 final yolunu bağlayıb. Sonra uğursuz seçmə mərhələ və indi “Repre” C liqasında mübarizə aparır.

Komandanın bir mərtəbə aşağıda favorit olduğu gözlənilirdi. Belarus və Azərbaycan üzərində qələbə qazanan yığma iki dəfə Qazaxıstana uduzub. Əgər lider bu turda qalib gəlsə, 1-ci yer üçün mübarizə başa çatacaq. Dubravka, Şkrinyar, Qrequş, Beneş, Mak və Mraz bu qarşılaşmada olmayacaq.

Azərbaycan heç cür iddiasını ortaya qoya bilmir. Bu ölkədə futbol sevilir və az pul xərclənmir. Çempionlar Liqası olmasa da, Avropa Liqası səviyyəsində hamını özü ilə hesablaşmağa vadar edən “Qarabağ” kimi komanda qurmaq mümkün olub.

Amma yığmada heç cür alınmır. Canni de Byazi və onun ulduz sələfləri heç nə ilə yadda qalmayıb. Hələlik yalnız Belarusdan 4 xal alan milli təkcə Slovakiya deyil, Qazaxıstana da uduzub. Qrup qalibi olmaq şansı real olmayan yığma üçün əsas məqsəd aşağı yuvarlanmamaqdır.

Hər iki komanda ötən əsrin 90-cı illərində yaranıb. Amma artıq 9 dəfə qarşılaşmağa imkan tapıb. Əlbəttə, Slovakiya daha üstün olub. Onlar 8 qələbə qazanıb və yalnız 2001-ci ildə məğlubiyyətə üzülüb.

Slovakiya öz reputasiyasını xilas etməlidir. Bu üzdən onların fora ilə qələbəsinə mərc gəlirəm.

Proqnozum: Fora1 (-1)
 

writer photo
Əlirza Əlirzalı
0