“Sumqayıt” “Başakşehir”in sabiq hücumçusu barədə qərarını verdi
16.07.2022 - 11:27
“Sumqayıt” “Başakşehir”in sabiq hücumçusu barədə qərarını verdi

Təlim-məşq toplanışının Bakı mərhələsini başa vuran “Sumqayıt” bu gün Türkiyəyə yola düşəcək.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi hazırlığın ikinci mərhələsini qardaş ölkədə keçəcək.

Baş məşqçi Aleksey Baqa baxışda olan 3 futbolçu ilə bağlı da qərarını verib. Belaruslu mütəxəssis qazaxıstanlı sol vinger Rifat Nurmaqamet və qvineyalı sağ vinger Alya Tureni Türkiyəyə aparmağı məqsədəuyğun bilib. O, “Aktobe” və “Başakşehir”in sabiq oyunçularını Türkiyəyə də sınaqdan keçirdikdən sonra onlar haqda yekun qərarını bildirəcək.

Moldovalı sağ cinah müdafiəçisi Aleksandr Belousov isə bəyənilməyib. Bu üzdən “Şerif”in keçmiş oyunçusu ölkəsinə yola salınıb.

Qeyd edək ki, iyulun 30-dək Bolu şəhərində hazırlıq keçəcək “Sumqayıt” oradan 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

writer photo
Əlirza Əlirzalı
0