"Sumqayıt"ın "Fehervar"la oyunlarını yayımlayacaq kanal dəyişdi
21.07.2024 - 13:38
"Sumqayıt"ın "Fehervar"la oyunlarını yayımlayacaq kanal dəyişdi

"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyunlar "CBC Sport" telekanalında  yayımlanmayacaq

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi "CBC Sport" telekanalı ilə deyil, "İdman TV" telekanalı ilə canlı yayımlanacaq. 

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda  keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0