“Sumqayıt”ın futbolçusu Danimarka klubunda
06.07.2024 - 21:00
“Sumqayıt”ın futbolçusu Danimarka klubunda

Yaponiyalı yarımmüdafiəçi Masaki Murata “Sumqayıt”dan ayrılıb.

Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra Danimarkada forma geyinəcək.

O, sözügedən ölkənin “Vayle” klubuna keçib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Murata 2023-cü ilin yanvarından “Sumqayıt”ın uğurları üçün çalışırdı.

writer photo
Əlirza Əlirzalı
0