"Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə üz-üzə gələcək
15.07.2024 - 23:53
"Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə üz-üzə gələcək

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Fehervar"ın hazırlıq mərhələsindəki son rəqibinin adı dəqiqləşib.

Apasport.az xəbər verir ki, Macarıstan təmsilçisi "Göztəpə" ilə qarşılaşacaq.

Oyun iyulun 17-də Sloveniyada baş tutacaq. Bu, "Fehervar"ın mövsümlərarası fasilədə 5-ci yoxlama oyunu olacaq. Komanda bundan əvvəl keçirdiyi 4 görüşdə qələbə qazanıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı isə ayın 31-də Macarıstanda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0