“Sürix”in prezidentindən etiraf: “Qarabağ” bizdən güclü idi”
29.07.2022 - 16:03
“Sürix”in prezidentindən etiraf: “Qarabağ” bizdən güclü idi”

“FIFA prezidenti Canni İnfantino bir neçə gün əvvəl bizimlə əlaqə saxlayaraq, “Qarabağ”la Letsiqrunddakı oyunu stadiondan canlı izləmək istədiyini dedi. Təbii ki, buna çox sevindik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sürix”in prezidenti Ancillo Kanepa İsveçrə mətbuatına açıqlamasında deyib.

69 yaşlı futbol funksioneri komandasının Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a məğlub olmasını dəyərləndirib. Kanepa Azərbaycan çempionunun onlardan güclü olduğunu etiraf edib: “Qarabağ”a məğlubiyyətə görə məyus olduq. Daha yaxşısını edə bilərdik. Ancaq onu da qəbul etmək lazımdır ki, “Qarabağ” orta səviyyədən yüksək komandadır. Düzdür, bu rəqibi keçmək olardı. Əla formada olan 11 oyunçu ilə irəliləyəcəkdik. Sadəcə, komandamızda keyfiyyət yox, təcrübə çatışmazlığı oldu. Heyətimizdə beynəlxalq səviyyədə təcrübəyə malik oyunçular var. Buna baxmayaraq, onlar gözlənilən performansı ortaya qoymadılar”.

Qeyd edək ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə 120 dəqiqəlik mübarizədə 2:2 hesablı bərabərə qalaraq, III mərhələyə adlayıb. Ağdam klubu III raundda Macarıstan çempionu “Ferensvaroş”la qarşılaşacaq. “Rapid” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0