Taekvondoçularımız Prezident kubokunda 2 medal qazanıb
19.02.2024 - 11:31
Taekvondoçularımız Prezident kubokunda 2 medal qazanıb

İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin kuboku başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi G2 kateqoriyalı yarışda 2 medala sahib olub.

Millinin heyətində Taleh Süleymanov (87 kq) gümüş medala yiyələnib. Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafatla bitirib.

Qeyd edək ki, analoji yarış fevralın 20-da parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0