Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir
08.11.2024 - 11:13
Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Bodo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgündür.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.

writer photo
Əlirza Əlirzalı
0