“Tottenhem”dən 29 milyonluq transfer
16.06.2022 - 09:36
“Tottenhem” İv Bissumanı transfer edir.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin “Brayton”dan keçidi reallaşmağa yaxındır.
Yaxın günlərdə tibbi müayinədən keçəcək oyunçu müqavilə imzalayacaq. London klubu yeni futbolçusu üçün bonuslardan əlavə 29 milyon avro ödəyəcək.
Qeyd edək ki, Bissuma ötən mövsümün 28 oyununda 2 qol və 2 assistə imza atıb.
0
0