“Roma”nın idman direktoru Françesko Totti fransalı hücumçu Kilian Mbappenin PSJ-də qalmasını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu “Real”dan təklif almasına baxmayaraq, ölkəsində qalmağı üstün tutan forvardın düzgün addım atdığını düşünür.
Onun fikrincə, klub da aparıcı simasını qorumalıdır: “PSJ və hədsiz maaşdan danışsaq belə, bu, onun qərarıdır. Hər kəs PSJ-də qalmağa üstünlük verər. Klub Mbappeni böyük çempion kimi qorumalıdır. Çox az şey PSJ-də qalmaqdan yaxşı ola bilər”.
Qeyd edək ki, Kilian Mbappe PSJ ilə yeni üçillik müqavilə imzalayıb. 23 yaşlı oyunçunun yeni sazişə əsasən illik maaşı 93 milyon avro olacaq.