“Turan Tovuz” "Neftçi"nin futbolçusunu istəyir
07.06.2024 - 17:17
“Turan Tovuz” "Neftçi"nin futbolçusunu istəyir

“Turan Tovuz” yeni mövsüm üçün heyətdə bəzi dəyişikliklər edəcək.

Apasport.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi Slavik Alxasovla yollarını ayırmağı planlaşdırır.

Təcrübəli futbolçu ilə yollarını ayıracaq bölgə klubu “Neftçi”dən Rəhman Hacıyevi heyətinə qatmaq istəyir. Onunla yanaşı, bu mövsüm “Neftçi”dən icarə əsasında “Turan Tovuz”a gəlmiş Xəyal Nəcəfovla müqavilə müddəti də artırılacaq. Hazırda iki futbolçu ilə danışıqlar davam etdirilir.

Qeyd edək ki, Rəhman Hacıyevin də "Neftçi" ilə müqaviləsi başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0