“Turan Tovuz”un legioneri: "Qarabağ"a qarşı istədiyin nəticəni qazanmaq çətindir" - Müsahibə
20.03.2024 - 22:09
“Turan Tovuz”un legioneri: "Qarabağ"a qarşı istədiyin nəticəni qazanmaq çətindir" - Müsahibə

"Turan Tovuz"un legioneri Roderik Miller apasport.az saytına müsahibə verib. Panama milli komandasına dəvət edilmiş müdafiəçi "Qarabağ"a qarşı görüşdən, yığma komandaya dəvət olunmasından danışıb.

- “Turan Tovuz” son turda “Qarabağ”la qarşılaşdı və məğlub olub. Sizcə, niyə itirdiniz?
- Düşünürəm ki, “Qarabağ”la oyun ilk hissədə daha çox qol vurulmalı idi. Şanslarımız oldu. Çünki “Qarabağ” çox ağıllı komandadır və çoxlu yaxşı hücum oyunçulara sahibdirlər. Topa daha sakit sahib olmamaq bir az narahatlıq yaradırdı. Düşünürəm ki, orada ona görə oyunu uduzduq. Topu saxlamaq mümkündür, amma onlara qarşı 90 dəqiqə bunu etmək bir az çətindir.

- Fasilədən sonra niyə üstünlüyü qoruya bilmədiniz? “Qarabağ”ın geri dönəcəyini gözləyirdiniz?
- Düşünürəm ki, bizdən daha böyük heyətə malik bir komandaya qarşı oynadığımızın fərqində olmalıyıq. Nəticəni, üstünlüyü saxlamaq çətin idi. Üç dəfə “Qarabağ”a uduzmuşuq. Bu komanda ilə istədiyin nəticəni qazanmaq çətindir. 

- “Qarabağ”a qarşı oynamaq çox çətindir? Sizcə, onları məğlub etməyin yolu nədir?
- Axı bu elə də asan deyil. Amma qeyri-mümkün də deyil. Düşünürəm ki, qol epizodlarından maksimum istifadə edəndə, səhvləri də azaltdıqda effektli olmaq mümkündür. “Qarabağ”la matçda səhvlər etdinsə, onlar bundan dərhal yaranacaqlar. 

- “Turan Tovuz”un avrokuboklar şansını necə qiymətlənidirirsən?
- İmkanlar masanın üstündədir. Bizim o mərhələyə çatmamız özümüzdən asılıdır. Avrokuboklara vəsiqəni qazanmaq üçün sona qədər çalışacağıq. 

- Hədəflər arasında “Qarabağ”, “Sabah”, “Neftçi” kimi iddialı klublara keçmək istəyirsən? Yoxsa “Turan Tovuz”dan ayrılsan, Avropanın başqa klubuna keçəcəksən?
- Ambissiyalar həmişə böyüməyə davam etməkdir. Amma düşünürəm ki, öncə mən burada mövsümü bitirməliyəm. Hələlik bütün diqqətimi “Turan Tovuz”un zirvəyə çatmasına kömək etməyə yönəltmişəm. İnanıram ki, hər şey yaxşı alınacaq, istədiyimiz yerə çatacağıq. 

- Panama millisinə dəvət aldın. Amma sonuncu dəfə dəvət etməmişdilər. Bu dəfə necə alındı? Panama millisinin baş məşqçisi “Turan Tovuz”dakı performansını izləyir?
- Məncə, istənilən məşqçi hər bir futbolçunu analiz edir və nə vaxt qərar verəcəyini bilir. Düşünürəm ki, bu dəfə milliyə dəvət edilməyim mübahisəsiz idi. Sonuncu dəfə turnirdə və komandada işlər yaxşı getmirdi. İndi işlər yaxşılaşıb və biz daha yaxşı, daha yığcam oynayırıq. Təbii ki, bütün bunlar milli komandaya dəvət almağıma təsir etdi. Milli komandaya dəvət edildiyim üçün şadam.

- Meksika ilə oyununuz var. Həmin matçda hansı nəticəni gözləyirsən? Onları məğlub edə bilərsiz?
- Meksika vacib liqalarda çox yaxşı oyunçuları olan kifayət qədər bərk komandadır. Panama çox böyüdü və biz Meksikaya qarşı güclü performans ortaya qoymaq istəyirik. Ümid edək ki, Meksika ilə görüşdə istədiyimiz nəticəyə çatacağıq. Amma asan olmayacaq. Biz sona kimi mübarizə aparacağıq.
 

writer photo
Əlirza Əlirzalı
0