Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınan "Turan Tovuz"un yoxlama oyunu bu gün keçiriləcək.
Apasport.az-ın məlumatına görə, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov mövsümün ilk qarşılaşmasında futbolçularını Rumıniyanın “Voluntari” klubu ilə sınayacaq.
Antalyadakı “Topkapı Sport Center”in meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Tovuz klubu yanvarın 15-də daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda günün ilk oyununda Macarıstan təmsilçisi “Şiofok”la, ikinci matçında isə Özbəkistan “Nasaf”i ilə qarşılaşacaq.