U-21 millimizdə yeni futbolçu
02.06.2024 - 18:00
U-21 millimizdə yeni futbolçu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb edilib.

Apasport.az xəbər verir ki, “Neftçi”nin oyunçusu Rəvan Kazımov düşərgəyə dəvət olunub.

U-21 iyunun 7-də Bratislavadakı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da Slovakiya ilə, iyunun 11-də “Liv Bona Dea Arena”da, saat 20:00-da isə Bolqarıstanla yoldaşlıq görüşü keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0