UEFA-dan Kamal Umudluya təyinat
24.09.2024 - 15:07
Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, II turda keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.
Referiyə Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.
Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
0
0