“Universitetya”nın sahibi: “Regekampf Rumıniyanın ən yaxşı məşqçisidir”
11.08.2022 - 14:03
“Universitetya”nın sahibi: “Regekampf Rumıniyanın ən yaxşı məşqçisidir”

“Regekampfa ilk güvənən, ona məşqçi kimi şans verən mən oldum. Laurentsiunu çox istəyirdim”.

Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Universitatya 1948” klubunun sahibi Adrian Mititelu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf haqda danışarkən deyib.

Rumıniyalı biznesmen 2010 və 2011-ci illərdə bu kluba başçılıq etmiş 47 yaşlı mütəxəssisin ötən mövsümün sonunda Krayovanın digər təmsilçisi “Universitatya”dan ayrılmasına sevindiyini etiraf edib: “Regekampf “Universitatya”dan ayrılanda çox sevindim. Ötən mövsüm orada olmasaydı, biz həmin komandanı məğlub edərdik. Bir rəqib kimi Regenin ayrılığına sevindim. Məncə, onun gedişi ilə klub səhv etdi. “Universitatya”nın sahibi Mixai Rotarunun Laurentsiudan qaçacaq qədər sadəlövh olduğunu düşünmürdüm”.

Mititelu etiraf edib ki, yay fasiləsində Laurentsiu “Neftçi” ilə anlaşmamışdan əvvəl onunla maraqlanıb: “Dedilər ki, Regekampf hələ də içir. Amma hər kişi kimi içir. Hətta içkili halda belə, digərlərindən yaxşı işləyirdi. O, Rumıniyanın ən yaxşı məşqçisidir. Rege iki səbəbdən bura gəlmədi. Birincisi, “Universitatya”dan ayrıldıqdan dərhal sonra bizə qoşulması tez olardı. İkincisi, ölkə xaricindən təklif gözləyirdi. Amma bir gün mütləq bizim komandaya qayıdacaq”.

Qeyd edək ki, Laurentsiu Regekampf yayda “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0