Mourinyo ona görə “Roma”nı tərk edə bilər
13.01.2024 - 18:54
Mourinyo ona görə “Roma”nı tərk edə bilər

“Roma”nın baş məşqçisi Joze Mourinyonun klub sahibi Den Fridkinlə münasibətləri yaxşı deyil.

Apasport.az xəbər verir ki, menecer portuqaliyalı mütəxəssislə yeni müqavilə imzalamağın məqsədəuyğunluğuna şübhə edir.

Tərəflər arasında mövcud müqavilə 2024-cü ilin yayında başa çatır.

Qeyd edək ki, İtaliya çempionatının 19 turundan sonra "Roma" 29 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 
 

writer photo
Əlirza Əlirzalı
0