Vadji rəsmən “Sent-Etyenn”də
30.08.2022 - 11:10
Vadji rəsmən “Sent-Etyenn”də

“Qarabağ”ın hücumçusu İbrahima Vadjinin “Sent-Etyenn”ə transferi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Seneqallı forvard Liqa2 təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Həmçinin “Qarabağ” da forvardı ilə vidalaşıb. 

Fransa mətbuatının iddiasına görə, bu transfer Azərbaycan çempionuna təxminən 1,5 milyon avro xeyir verəcək.

Qeyd edək ki, İbrahima Vadji “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0