Vladimir Voskoboynikov: “Estoniya və Azərbaycan millilərinin şansı bərabərdir”
01.03.2023 - 12:43
Vladimir Voskoboynikov: “Estoniya və Azərbaycan millilərinin şansı bərabərdir”

"Bəli, Azərbaycan və Estoniya milliləri eyni qrupda yer alıb. Məncə, iki eyni səviyyədə olan komandalardır".

Bu sözləri apasport.az saytına açıqlamasında Vladimir Voskoboynikov deyib. 

Vaxtilə "Neftçi" və Estoniya millisinin formasını geyinmiş veteran forvard AVRO-2024-ün seçmə mərhələsi haqda danışıb. 

Voskoboynikovun fikrincə, eyni qrupunda yer alan Azərbaycan və Estoniya yığmaların oyununda şansları eynidir: "Düzünü desəm, Azərbaycan və Estoniyaya yığmalarının eyni qrupda yer alması mənə xoşdur. Mənim üçün çox maraqlı oyun olacaq. Oyyna gəlincə, fikrimcə, Estoniya və Azərbaycan millilərinin şansı bərabərdir. Çünki onlar eyni səviyyədə millilərdir".

Qeyd edək ki, Vladimir 2010-cu ildə şərəfini qoruduğu “Neftçi”də 9 oyunda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0