Vüsal İsgəndərli: "Boluspor"dan ayrılsaydım da, Azərbaycana qayıtmayacaqdım" - MÜSAHİBƏ
10.07.2024 - 14:44
Vüsal İsgəndərli: "Boluspor"dan ayrılsaydım da, Azərbaycana qayıtmayacaqdım" - MÜSAHİBƏ

Azərbaycan millisinin üzvü, "Boluspor"un futbolçusu Vüsal İsgəndərli Apasport.az saytına müsahibə verib:

- "Boluspor" artıq hazırlıqlarını davam etdirir. Çalışmalar necə gedir? Maraqlıdır, Azərbaycan klubları ilə eyni oteldə qalmırsız ki?

- Hazırlıqlar başlayıb, toplanış dönəmidir. Gündə iki dəfə məşq edirik, ağırdır. Amma bunların hamısı xeyrimizə olan məsələlərdir. Nə qədər ağır məşqlər olarsa, xeyrimizə işləyəcək. Hələ ki yoxlama matçları başlamayıb. Bizdə məsələlər bir az fərqli idi. Hələ indi təsdiqlənir ki, klub prezidenti qalacaq. Baş məqşçi də. həmçinin. O da ayrılmadı. Ona görə də, bizim üçün uzun dönəm oldu. İndi-indi məsələlər yerinə oturur.

- Ötən mövsüm komanda Superliqaya yüksəlməyə yaxın idi, pley-off matçlarında uduzdu. Yəqin ki, yeni sezon daha da iddialı olacaqsız və Superliqaya yüksəlmək üçün oynayacaqsız?

- Bəli, ötən mövsüm Superliqaya yüksəlmək üçün əlimizdə yaxşı imkan var idi, ancaq olmadı. Bu mövsüm isə hamımızı keçən ilkindən də daha çətin liqa gözləyir. Allahdan xeyirlisi, planları necə olacaq, görəcəyik. Hələ yeni prezident seçilib.

- Bildiyim qədərilə rəhbərlikdə dəyişikliklər olacaq. Bu nə ilə bağlıdır? Superliqaya çıxa bilmədiz deyə rəhbərlik işindən ayrılır?

- Xeyr, Superliqaya çıxmamağımızla bağlı deyil. Burada fərqli mövzular var. Mənim də rəhbərlikdə gedən məsələlər barədə çox bilgim yoxdur. Niyə getmək istəməsi ilə bağlı xəbərim yox idi. Ancaq deyəsən, fikirlərini dəyişiblər, qalırlar. Artıq bu gün təsdiq olacaq. Yeni sezonda da “Boluspor”un prezidenti eyni olaraq qalacaq.

- Yeni mövsümdən azərbaycanlı futbolçular da Superliqa və Birinci Liqada legioner statusunda oynayacaq. Bu, sənin "Boluspor"dakı çıxışına təsir edəcək?

- “Boluspor”la bu mövsüm də davam edəcəm, müqaviləmin sonuna qədər buradayam. Onsuzda, burada olacaqdım. Mən bu mövsüm də türkiyəli oyunçu statusunda olacam. Əvvəlcədən müqavilələri olanlar yerli statusunda oynayacaqlar. Yeni gələnlər legioner kimi çıxış edəcək. Sonrakı işlər necə gedəcək, Allah bilər. Bu mövsüm daha çox uğurlu olmağa, milliyə yenidən dəvət edilməyə iddialıyam.

- Bir ara komandadan ayrılacağın və Azərbaycana geri qayıdacağınla bağlı söz-söhbətlər yayılmışdı. Doğrudur?

- “Boluspor”dan ayrılmaq ehtimalım var idi. Amma bu, rəhbərlik gedərsə, olacaqdı. Belə söz-söhbət var idi. Ancaq rəhbərlik qaldı, davam edəcəm. Düzünü desəm, klub rəhbərliyi getsəydi də, Azərbaycana qayıtmayacaqdım. Albaniyadan təklifim var idi. Oranın klubları məni istəyirdi. Hətta biri ilə anlaşmışdıq. Ancaq sonda “Boluspor”da qalası oldum.

- Azərbaycan klublarından necə, təkliflər almışdın?

- Bəli, təkliflərim var idi. Amma Azərbaycana qayıtmayacaqdım. Ölkə xaricində oynamaq istəyirdim. 99 faiz Albaniyaya qayıdacaqdım. Sözdə razılığa gəlmişdik. Onlardan zaman istəmişdim. Məndən cavab gözləyirdilər. Elə alındı ki, “Boluspor”da qaldım.
 

writer photo
Əlirza Əlirzalı
0